Xarici filmlər - AZERSERIAL

Səyahət 2: Sirli ada
Şon Anderson bu dəfə heç bir xəritədə olmayan sirli adadan kömək çağırışı alır. Adada qeyri-adi canlılar, qızıl dağları, təhlükəli vulkanlar və saysız-hesabsız sirlər gizlənir. Şon adanı tapmaq üçün yola düşür və ögey atası da onu dayandıra bilməyərək axtarışa qoşulur. Helikopter pilotu və onun cəsur qızı ilə birlikdə onlar sirli adanı tapmalı, burada tək qalan insanı xilas etməli və zəlzələ adanı okeanın dərinliklərinə qərq etməzdən əvvəl oradan qaçmalıdırlar.

Al qırmızı çaylar 2: Qiyamət mələkləri
Kapitan Pyer Neman xüsusi və mürəkkəb cinayət işlərini araşdıran təcrübəli polis əməkdaşıdır. O, sirli işarələrlə divara hörülmüş bir kişinin qətlini araşdırarkən hadisələrin daha böyük bir sirrlə bağlı olduğunu anlayır. Bu vaxt gənc polis kapitanı Reda kilsənin qarşısında İsa Məsihə bənzəyən ağır yaralı bir adam tapır. Nemanın vaxtilə polis məktəbində tələbəsi olmuş Reda bu hadisənin onun araşdırması ilə əlaqəli olduğundan şübhələnir. Bölgədə müəmmalı qətllər davam edir və fövqəltəbii gücə malik sirli rahiblər insanları öldürərək iz qoymadan yoxa çıxırlar. Din tarixi üzrə mütəxəssis Mari ilə birlikdə Neman və Reda baş verənlərin arxasındakı həqiqəti üzə çıxarmağa çalışırlar.

Madam
Parisdə yaşayan varlı cütlük möhtəşəm şam yeməyi təşkil edir. Lakin qonaqların sayı 13 nəfər olur və ev sahibəsi xurafat səbəbindən qulluqçusu Mariyanı da süfrəyə dəvət edir. Sadə qulluqçu kimi tanınan Mariya həmin gecə özünü varlı qadın kimi təqdim edir. Onun gözlənilməz davranışı və cazibəsi süfrədəki zəngin sənət kolleksiyaçısının diqqətini çəkir. Tezliklə aralarında romantik münasibət yaranır, lakin Mariyanın əsl kimliyinin üzə çıxması hər şeyi dəyişə bilər.

Anna vә kral
İngiltərədən olan gənc müəllimə Anna Leonuens kral Monqkutun uşaqlarına dərs vermək üçün ekzotik Siam ölkəsinə gəlir. Burada onun Qərb dünyagörüşü Şərq hökmdarının ənənələri və xarakteri ilə toqquşur. Zaman keçdikcə Anna ilə kral arasında mürəkkəb münasibətlər yaranır. Lakin ölkədə siyasi vəziyyət gərginləşir və Monqkuta qarşı təhlükəli sui-qəsd hazırlanır. Siamın taleyi təhlükə qarşısında qalarkən Anna və kral bütün fikir ayrılıqlarını bir kənara qoyaraq ölkəni düşmənlərdən qorumaq üçün birlikdə mübarizə aparmalı olurlar.

Üçqat tәhlükә
Çinli varis Tyan Syao Syan sərvətindən Taylanddakı cinayət sindikatına qarşı mübarizə aparmaq və çinli diasporaya qarşı törədilən cinayətlərin qarşısını almaq üçün istifadə etmək istəyir. Lakin onun planları nüfuzlu cinayətkarların maraqlarına ziddir və qıza qarşı sui-qəsd hazırlanır. Tyanı qorumaq üçün yolları üç döyüşçü ilə kəsişir: keçmiş xüsusi təyinatlı Payo, xəyanətin qurbanı olan çinli Lonq Fey və həyat yoldaşının ölümünə görə qisas almaq istəyən indoneziyalı Caka. Onlar şəxsi məqsədlərini bir kənara qoyaraq Tyanı muzdlu qatillərdən qorumaq və Çin səfirliyinə çatdırmaq üçün qüvvələrini birləşdirməli olurlar.

Qiymәtli yük
Cinayət dünyasının nüfuzlu bossu Eddi ona xəyanət edən tabeçiliyindəki oğru Karenə son bir şans verir. Etibarını geri qazanmaq üçün Karen limandan banka aparılan brilyantlarla dolu zirehli maşını qarət etməlidir. Karen kömək üçün keçmiş sevgilisi Cekə müraciət edir. Cek öz komandasını toplayaraq riskli əməliyyata başlayır, lakin tezliklə Karenin ondan vacib detalları gizlətdiyini anlayır. Brilyantların ardınca düşən qəhrəmanlar həm Eddidən, həm də bir-birlərindən yayınaraq həyatlarını təhlükəyə atmalı olurlar.

Әkiz
Kart oyununda bütün pulunu itirən Rişar kurort şəhərciyində yaşayan dostunun yanına gəlir. Burada o, böyük sərvətin varisi olan gözəl amerikalı Liz Kernerlə tanış olur. Tezliklə məlum olur ki, Lizin B Kart oyununda bütün pulunu itirən Rişar kurort şəhərciyində yaşayan dostunun yanına gəlir. Burada o, böyük sərvətin varisi olan gözəl amerikalı Liz Kernerlə tanış olur. Tezliklə məlum olur ki, Lizin Betti adlı əkiz bacısı var. Rişar isə vəziyyəti daha da mürəkkəbləşdirərək özünün də əkiz qardaşı olduğunu söyləyir. Bir müddət sonra hər iki bacı Rişarla evlənmək istədiklərini bildirirlər. Çünki nikah onlara mirasa sahib olmaq imkanı verəcək. Bu zaman vəkil Volpineks onların planlarını pozmağa çalışır. Lakin onun gözlənilməz ölümü Rişara yeni bir hiylə qurmaq imkanı verir: o, mərhum vəkili özünün uydurduğu əkiz qardaşı kimi təqdim edir. Beləliklə, Rişarın qurduğu yalan getdikcə daha böyük bir oyuna çevrilir və onu bir-birindən daha gülməli və təhlükəli vəziyyətlərə sürükləyir.

Ouşenin 8 rәfiqәsi
Beş il, səkkiz ay, on iki gün... Debbi Ouşen həyatının ən böyük oğurluğunu həyata keçirmək üçün bütün bu müddət ərzində mükəmməl plan hazırlayır. İndi isə planını həyata keçirmək üçün ən bacarıqlı mütəxəssislərdən ibarət komanda toplamaq qalır. Onun ilk köməkçisi isə çoxdankı tərəfdaşı Lu Miller olur. Debbi və Lu hər biri öz sahəsində peşəkar olan qadınlardan ibarət unikal komanda qururlar. Onların əsas hədəfi 150 milyon dollar dəyərində brilyant boyunbağıdır. Qiymətli daş-qaşlar məşhur aktrisa Dafni Klyugerin boynunda olacaq və bütün diqqətlər ilin ən möhtəşəm tədbirlərindən biri — Metropoliten İncəsənət Muzeyində keçirilən balda onun üzərində cəmlənəcək. Plan olduqca cəsarətlidir, lakin ən çətin hissə onu qüsursuz həyata keçirməkdir. Debbi və komandası qiymətli daş-qaşları hamının gözü qarşısında götürüb heç kimə şübhə doğurmadan aradan çıxmalıdırlar.

Xәyallar dünyası
Evan Danielson uğurlu maliyyə analitikidir. O, bütün vaxtını işinə həsr etdiyindən ailəsinə və xüsusilə də kiçik qızına kifayət qədər diqqət ayıra bilmir. Lakin bir gün Evanın karyerası təhlükə qarşısında qalır və vəziyyətdən çıxış yolu tapmaq getdikcə çətinləşir. Gözlənilmədən Evan qızının çəkdiyi rəsmlərdə bir sirr olduğunu kəşf edir. Balaca qızın şəkillərindəki rəqəmlər və təsvirlər möcüzəvi şəkildə birja göstəricilərinin gələcəkdəki dəyişikliklərini əks etdirir. Evan bu qeyri-adi qabiliyyətdən istifadə edərək karyerasını xilas etmək üçün bir fürsət əldə edir. Lakin qızının istedadı Evan üçün yalnız iş həyatını xilas edən vasitəyə çevrilmir. O, ailəsinə nə qədər az vaxt ayırdığını anlayır və həyatında həqiqətən vacib olan şeylərə başqa gözlə baxmağa başlayır.

Zoopolis 2
Dovşan-polis Cudi və onun hiyləgər dostu Nik Zveropolisə gəlişi şəhərin həyatını alt-üst edən sirli sürünən canlının izinə düşürlər. Bu qəribə hadisənin arxasındakı həqiqəti üzə çıxarmaq üçün onlar müxtəlif şəhər rayonlarında gizli fəaliyyət göstərməli olurlar. İstintaq zamanı Cudi və Nik gözlənilməz təhlükələrlə və yeni sirlərlə qarşılaşır, şəhərin müxtəlif sakinləri ilə ünsiyyətə girirlər. İşin bütün təfərrüatlarını araşdırdıqca onlar Zveropolisdə baş verənlərin göründüyündən daha mürəkkəb olduğunu anlayırlar. Dostlar şəhəri xilas etmək və sirli hadisənin səbəbini ortaya çıxarmaq üçün yenidən birlikdə mübarizə aparmalı olurlar.